20 oktyabr 2012 13:25
Manuel Skarlatake: Bu fasilə Xəzər Lənkərana lazım idi
“Xəzər Lənkəran”ın müdafiəçisi Manuel Skarlatake Topaz Premyer Liqasının 9-cu turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Xəzər Lənkəran”ın mövsümün geridə qalan dönəmindəki çıxışını necə qiymətləndirirsiz?
- Biz topladığımızdan daha çox itirmişik. Bizim üçün start qətiyyən uğurlu alınmadı. Niyə belə olduğunu da bilmirəm. Bizim güclü heyətimiz var. Hər cür şərait yaradılıb. Yalnız oynamaq qalır. Mümkündü ki, bəzi rəqiblərimizi düzgün qiymətləndirməmişik. Mövsümün əvvəlində xeyli sürprizlərlə qarşılaşdıq. Favoritlər ümidləri doğrultmurlar. Demək olar ki, bütün iddialılar zirvədən uzaqda qalıb. Daha çətin oyunlar isə hələ qabaqdadıı. Ona görə də çempionatı indidən qiymətləndirmək olmaz.
- Amma AZAL üzərindəki qələbəniz sizi xeyli irəli saldı...
- “Xəzər Lənkəran” hələ də öz yerində deyil. Fikrimcə, hər şey tədricən qaydasına düşəcək. Komanda qələbə qazanmalı olduğu oyunlarda xal itkisi ilə üzləşdi. Bizim ilkin hədəfimiz ilk altılığa düşməkdi. Ardından da çempionluq üçün mübarizə aparacağıq. Əminəm ki, tezliklə bizi daha yüksəkdə görəcəksiz.
- Qarşıdakı “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
- Komandamız doğma meydanda həmişə qələbəyə oynayır. Hamı bilir ki, bizim əla azarkeşlərimiz var. Amma məlum olduğu kimi, biz bir neçə oyunumuzu ardıcıl olaraq fərqli meydanlarda keçirməli olurduq. Bu, nəticələrimizə də təsirsiz ötüşmədi. “Xəzər Lənkəran” öz meydanında hər komanda üçün böyük bir təhlükədi.

- “Qəbələ” ilə oyuna hansı əvhal-ruhiyyədə çıxacaqsız?
- Bizim bircə çıxış yolumuz var – qələbə qazanmaq. Rəqibə gəlincə, yeni baş məşqçinin gəlişindən sonra onlar daha yaxşı oynamağa çalışırlar. Bu üzdən biz oyuna daha ciddi yanaşmalıyıq. İnanıram ki, “Qəbələ”ni doğma divarlar arasında məğlub edəcəyik. Bunun hansı hesabla olmasının o qədər də ciddi fərqi yoxdu.

- Çempionatda yaranan fasilə komandaya pis təsir göstərmədi ki?
- Əksinə, bu fasilənin “Xəzər Lənkəran”a lazım olduğunu düşünürəm. Ümumiyyətlə, belə fasilələr həmişə mövsümə uğursuz başlayan klublar üçün faydalı olur.

- Geridə qalan müddətdə Azərbaycan çempionatında nə dəyişib?
- Rəqabət daha da artıb. İndi klublar daha güclü futbolçular dəvət edirlər. Bu mövsüm çoxları üçün təəccüblü başlayıb. Məsələn, “Simurq”un belə parlaq oynayacağını heç kim gözləməzdi. Amma bu, hələ mövsümün başlanğıcıdı. Əminəm ki, biz liderliyi ələ alacağıq.

- Kamran Ağayevin “Xəzər Lənkəran”a qayıdışını necə qarşıladınız?
- Kamran yaxşı qapıçıdı. Mən təəssüf edirəm ki, yığmanın qapıçısı bu qədər müddət ərzində oyun təcrübəsiz qalmışdı. Belə qapıçı hər komandaya lazımdı. Bizdə Orxan Sadıqlı və Kamal Bayramov da var. Odu ki, qapıçılar arasında da güclü rəqabət mövcuddu. “Xəzər Lənkəran”ın onda bəxti gətirib ki, belə güclü qapıçıları var.