20 oktyabr 2012 01:36
Yığma komanda baş məşqçisiz qaldı
Futbol üzrə Kanada yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, bu komanda 2014-cü ilin dünya çempionatının seçmə turniri çərçivəsində Honduras yığması ilə görüşdə böyük hesabla (1:8) məğlubiyyətə uğradıqdan sonra baş məşqçi Stiven Hart istefa verib.
Bu uğursuz oyundan sonra kanadalılar mundiala vəsiqə qazanmaq uğrunda mübarizəni davam etdirmək üçün bütün şanslarını itiriblər. Yığmanın yeni baş məşqçisinin adı noyabr ayından tez açıqlanmayacaq.
