20 oktyabr 2012 01:54
Lider İnter sınağına hazırdı (FOTO)
Topaz Premyer Liqasının 9-cu turunda "İnter"lə qarşılaşacaq "Simurq" "Şəfa" stadionunda məşqə çıxıb. Azerisport.az xəbər verir ki, bir saat davam edən hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri isinmə hərəkətlərindən sonra ikitərfli oyun və qapıya zərbələr üzərində çalışıb.
Qeyd edək ki, bu gün saat 18:00-da başlayacaq qarşılaşma rəqiblərin 13-cü dueli olacaq. İndiyə qədər paytaxt təmsilçisini məğlub edə bilməyən Zaqatala təmsilçisi, tarixi ərzində yalnız bir dəfə meydandan heç-heçə ilə ayrılıb. Son 4 oyunda isə "Simurq" rəqibinin qapısından qol belə keçirə bilməyib.
