20 oktyabr 2012 16:31
Könüllülərin təltifedilmə mərasimi (FOTOREPORTAJ)
Bu gün Bayıl Stadionunda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilində əvəzsiz dəstəyi olan 1000-dən çox könüllünün sertifikatlarla təltifedilmə mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Yerli Təşkilat Komitəsi heyətinin iştirak etdiyi mərasimdə YTK-nın sədri, AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək regionda ilk dəfə keçirilən FIFA çempionatının təşkil olunmasında 200-ə yaxın YTK, 250-ə yaxın FIFA əməkdaşı ilə yanaşı ən çox heyətlə 1000-dən artıq könüllünün çalışdığını qeyd edib və bunun önəmini vurğulayıb. Mərasim könüllülərin YTK sədri və müvafiq departament rəhbərləri tərəfindən sertifikatla təltif edilməsi ilə davam etdirilib. Sonda xatirə şəkli çəkdirilib.
