20 oktyabr 2012 18:19
Vaqif Sadıqov: AZAL-ın Tovuzda oyunu alınmadı
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 9-cu turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Turan”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbələrin ardının gəlməsini arzulayıram. Komandanın yeni rəhbərliyini və məşqçisini təbrik edirəm. Bu gün oyunumuz alınmadı. Bundan sonrakı oyunlarda yalnız qələbə qazanmağa çalışacağıq”.
