20 oktyabr 2012 18:35
Əfqan Talıbov Turandakı uğurlu debütündən danışdı
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 9-cu turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Fikrimcə, AZAL bu gün yaxşı oynadı. AZAL-a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Əsgər Abdullayevə “Turan”da gözəl kollektiv yaratdığı üçün təşəkkür edirəm. Komandamız bu gün yaxşı oynadı, sona kimi mübarizə apardı, futbolçularıma minnətdaram”.
