20 oktyabr 2012 19:02
Şəmkir və Tərəqqi növbəti məğlubiyyətinə üzüldü
Bu gün futbol üzrə Azərbaycan birindi divizionunda 7-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.
“Energetik” “Şəmkir”i qəbul edib. Meydan sahibləri inamlı qələbəyə seviniblər.
“Bakılı” “Göyəzən”lə münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi iki cavabsız qolla 3 xala sahib çıxıb.
“Tərəqqi” isə “Şahdağ”la qarşılaşıb. Qonaqlar minimal hesabla üstün olublar.
7-ci turun digər görüşləri əvvəlki günlərdə keçirilmişdi.
Birinci divizion
7-ci tur
20 oktyabr (şənbə)
Energetik – Şəmkir – 3:1
Qollar: Samir Əliyev, 18, Orxan Əlibalayev, 20-pen, 47 - Ruslan Rüstəmov, 4.
Hakimlər: Ramil Diniyev, Elvin Ağayev, Rəşad Abbasov, Sərxan İsmayılov.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu.
Bakılı – Göyəzən – 2:0
Qollar: Nahid Mehrəliyev, 17, Ramil Həsənov, 90+2.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Rauf Məmmədov, Fuad Rəsulzadə.
Zirə qəsəbə İdman Kompleksinin stadionu.
Tərəqqi – Şahdağ – 0:1
Qol: Zahid Tayibov, 77.
Hakimlər: Hacıəli Ağayev, Coşqun Həsənov, Mirzə Fərzəliyev, Ziya Nəsirov.
Gəncə. Şəhər stadionu.
1
7
6
1
0
24-4
19
Aqşin Həşimov (Neftçala) - 8 qol
Nicat Tağıyev (Ağsu) - 7 qol
Nicat Tağıyev (Ağsu) - 7 qol
Bəxtiyar Fəzai (Qala) - 7 qol
Samir Abdulov (Neftçala) - 6 qol
Samir Abdulov (Neftçala) - 6 qol
Orxan Babayev (Tərəqqi) - 4 qol
