20 oktyabr 2012 19:08
Bojidar Bandoviç: Penalti yox idi
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 9-cu turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Güman etdiyim kimi, əsl derbi oyunu oldu. "Qarabağ” yaxşı, futbol oynamağı sevən komandadır. İlk hissə zəif təsir bağışlasaq da, ikinci yarıda komandamdan başqa oyun gözləyirdim. Asanlıqla top itirirdik, rəqib cinahlardan çox təhlükəli idi. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Fikrimcə, qapımıza təyin olunan penalti epizodunda qayda pozuntusu yox idi”.
