20 oktyabr 2012 19:14
Qurban Qurbanov: Bu, bizim oyunumuza təsir göstərdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 9-cu turunun “Bakı”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Maraqlı oyun oldu. Hər iki komanda meydana 3 xal üçün çıxmışdı. Biz son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bandoviçin gəlişindən sonra "Bakı"nın oyununda irəliləyişlər hiss olunur. "Bakı" bizə qarşı xüsusi hazırlaşmışdı. Biz də rəqibi yaxşı analiz etmişdik. Namiq Yusifovun zədələnərək meydanı tərk etməsi planlarımıza daxil deyildi. Bu da oyunumuza təsirini göstərdi. Bununla belə, bu gün meydana çıxan gənc oyunçular da yaxşı təsir bağışladılar. Lakin onlar öz üzərilərində daha çox işləməlidirlər. Milli komandanın oyunlarından sonra futolçularda yorğunluq hiss olunurdu ki, bu da müəyyən çətinlik yaradırdı. Bu görüşdə qalib də gələ bilərdik. Ancaq alınmadı".
