21 oktyabr 2012 00:08
Neftçinin rəqibi derbini bir qolla qazandı (FOTOREPORTAJ, VİDEO)
Futbol üzrə Serbiya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Partizan” da növbəti görüşünə çıxıb.
“Ağ-qaralar”ın rəqibi 9-cu tur çərçivəsində baş tutan paytaxt derbisində “Rad”la münasibətlərinə aydınlıq gətirib. Vladimir Vermezoviçin yetirmələri bu görüşdən minimal hesablı qələbə ilə ayrılıblar. Oyunda vurulan yeganə qolu rəqib qapısından İvanov keçirib.
Qeyd edək ki, “Partizan” hazırda 24 xalla çempionatın lideridi. “Neftçi” rəqibi son matçında aşağıdakı heyətlə mübarizə aparıb:
Petroviç, Milkoviç, Lazevski, Ostoyiç, İvanov, Smilyaniç, Yoyiç, İliç, Ninkoviç (Tomiç, 46), L.Markoviç (S.Markoviç, 70), Zabia (Mitroviç, 60).
