21 oktyabr 2012 20:15
Rubindən məğlubiyyət, İnterdən qələbə (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya və İtaliya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Kazan “Rubin”i və Milan “İnter”i də növbəti görüşünə çıxıb.
“Rubin” 12-ci tur çərçivəsində səfərdə Moskva CSKA-sı ilə münasibətlərinə aydınlıq gətirib. Kurban Berdıyevin yetirmələri bu görüşdən 2 cavabsız qolla məğlub ayrılıb. Hesab 69-cu dəqiqədə penalti zərbəsi ilə açılıb. 82-ci dəqiqədə isə moskvalılar ikinci dəfə fərqləniblər. 72-ci dəqiqədə “Rubin”in futbolçusu Markano qırmızı vərəqə ilə meydandan qovulub.
“Rubin” bu oyundan sonra 18 xalla 8-ci yerdə gedir. Kazanlılar CSKA-ya qarşı bu heyətlə mübarizə aparıblar:
Sergey Rıjikov (Gedrius Arpauskis, 46), İvan Markano, Vitali Kaleşin, Kristian Ansaldi, Oleq Kuzmin, Roman Şaronov, Alan Kasayev (Xose Salomon Rondon, 65), Bibars Natxo, Gökdəniz Karadeniz, Pablo Orbais, Roman Yeryomenko.
“İnter” isə A Seriyasının 8-ci turunda “Catania” ilə oyuna çıxıb. “Neradzurra” bu matçdan 2:0 hesablı qələbə ilə ayrılıb. Qolları 28-ci dəqiqədə Kassano, 85-ci dəqiqədə Palasio vurub. "Neftçi"nin rəqibi hazırda 18 xalla 4-cü yerdə gedir.
Baş məşqçi Andrea Stramaççoni bu görüşdə aşağıdakı heyətə güvənib: Handanoviç, Ranokkya, Samuel, Xuan Xesus, Obi (Qarqano, 61), Mudinqayi (Quarin, 71), Kambiasso, Zanetti, Palasio, Milito, Kassano (Alvares, 69)
