21 oktyabr 2012 00:03
Georgi Çixradze Simurqun ilk məğlubiyyətini şərh etdi
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 9-cu turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu matça yaxşı hazırlaşmışdıq. Çətin oyun olacağını bilirdik. Xal qazanmaq bizim üçün çox vacib idi. Buraxdığımız səhv nəticəsində qapımızda qol gördük. Təəssüf ki, məğlub olduq”.
