21 oktyabr 2012 19:07
XL Qəbələ ilə sülh bağladı, Sumqayıt Rəvana məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 9-cu turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
Öncə meydana “Sumqayıt”la “Rəvan” çıxıb. Paytaxt təmsilçisi minimal hesablı qələbəyə sevinib.
Turun qapanış matçında isə “Xəzər Lənkəran” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə hesabı qonaqlar açsa da, son dəqiqələrdə penalti zərbəsi ilə hesab bərabərləşib. Beləcə, tərəflər xalları yarı bölüblər.
Premyer Liqa
9-cu tur
21 oktyabr (bazar)
XƏZƏR LƏNKƏRAN – QƏBƏLƏ - 1:1 (0:1)
Qollar: Y.Kamanan, 22 (0:1), R.Alviz, 77-pen (1:1).
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Azər Əsgərov, Fuad Həsənov.
Lənkəran şəhər mərkəzi stadionu.
Oyun başladı
5. Hər iki komanda oyuna hücumlarla başlayır
6. Qonaqlar oyunda ilk korneri yerinə yetirirlər: Sadıqlı çıxışda yaxşı oynayır
10. Skarlatakenin kobud səhvini Kamanan qola çevirməyə yaxın olsa da, yenə Sadıqlı komandasını xilas edir
14. R.Abışovun uzaqdan zərbəsini qapıçı tutur
15. Meydan sahiblərinin hücumu zamanı Skarlatakenin zərbəsi Kalabanenin əlinə toxunaraq kornerə gedir. Meydan sahibləri penalti istəsə də, hakim korner vuruşunun yerinə yetirilməsini istəyir
16. Cənubluların ardıcıl iki kornerində qol səsi çıxmır
19. XL-dan daha bir korner: yenə qonaqlar təhlükəni uzaqlaşdırırlar
22. Cinah asması zamanı Todorovun uzaqlaşdıra bilmədiyi topu Kamanan dəqiq zərbə ilə tora qovuşdurur - 0:1
29. Subaşiç yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmir
33. R.Abışovun effektli zərbəsi qapıdan azca yan keçir
35. XL qol vurmaq üçün irəli atılsa da, hələlik istəyinə nail ola bilmir
41. D.L.Kruz sar vərəqə ilə cəzalanır
42. XL daha bir korneri boşa verir
45. İlk yarının əsas vaxtına 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. XL fasilədən sonra daha da fəallaşıb
55. Meydan sahiblərinin qol vurmaq istəyi alınmır. Qonaqların isə əks-hücumları təhlükəli olmağa başlayıb
60. A.Nəzirov sarı vərəqə alır
61. R.Abışovun əvəzində meydana A.Ramazanov çıxır
63. Dodonun zərbəsi qapıdan azca yan keçir
65. Stadionda zaman-zaman yerli fanatlar "istefa" şüarlarını səsləndirirlər
69. XL-da zədələnən E.Bonfim oyuna davam edə bilmir və onu Beto əvəzləyir
75. R.Abdullayevi N.Məmmədov əvəzləyir
76. Cərimə zərbəsi zamanı qonaqların futbolçusu cərimə meydançasında əllə oynadığı üçün "Qəbələ"nin qapısına penalti təyin olunur
77. R.Alviz penaltini dəqiq yerinə yetirir - 1:1
81. XL kornerdən istədiyi kimi yararlana bilmir
85. Y.Kamananı L.Assis əvəzləyir
90. XL son dəqiqələrdə təzyiqi daha da artırıb və qələbə qolunu vurmaq istəyir
90+4. XL korner yerinə yetirir: müdafiəçilər topu uzaqlaşdırırlar
Matç başa çatdı
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 8. Eder Bonfim, 3. Vanderson Skarduelli, 6. Robert Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 15. Ruslan Abışov, 16. Adrian Pit, 14. Rahid Əmirquliyev (k).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 99. Beto, 11. Dimitrios Sialmas, 17. Kazım Kazımlı, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 55. Ağabala Ramazanov.
QƏBƏLƏ: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Muammer Erdoğdu, 7. Yaşar Abuzərov, 88. Nodar Məmmədov, 22. Lorival Rodriqes, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov.
SUMQAYIT – RƏVAN - 0:1 (0:1)
Qol: X.M.Varela, 3 (0:1)
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Namiq Hüseynov, Tahir Əhmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Oyun başladı
Qonaqlar ilk hücumdaca hesabı açırlar - 0:1
"Rəvan" qoldan sonra da topa nəzarət edən tərəfdi
"Sumqayıt" daha çox cinahlardan hücum təşkil etsə də, qonaqların müdafiə xətti diqqətlidi
"Rəvan" əla əks-hücum zamanı ikinci qolu vurmağa yaxın olsa da, qapıçı meydan sahiblərini real qoldan xilas edir
"Sumqayıt" getdikcə təzyiqi artırmağa başlayıb
Sumqayıtlıların hesabı bərabərləşdirməsinə son anda D.Kərimi mane olur
Meydan sahibləri korneri də boşa verirlər
K.Torres sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Sumqayıtlılar fasilədən sonra daha fəaldılar
Meydan sahibləri iki təhlükəli qol vəziyyəti yaratsalar da, bundan yararlana bilmirlər
"Sumqayıt" tam olaraq oyuna nəzarət edir. Amma bu üstünlüyünü qola çevirə bilmir
Sultanovun cərimə zərbəsi təhlükəli olsa da, qol gətirmir
Matç başa çatdı
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 5. Murad Doymuş, 6. Taner Taktak, 7. Pərdis Fərcad Azad, 10. Ceyhun Sultanov, 13. Murad Ağayev, 25. Aydın Qasımov, 27. Ramil Həşimzadə, 76. Uğur Pamuk.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəliyev, 50. Murad Hüseynov, 92. Bəxtiyar Həsənalızadə.
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 26. Fransis Bosman, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 7. Elvin Musazadə, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 15. Tural Cəlilov, 17. Emin İbrahimov, 19. Hüseyn Axundov.
Turun digər oyunları: Neftçi – Kəpəz - 4:1, Turan – AZAL – 1:0, Qarabağ – Bakı – 1:1, İnter – Simurq – 1:0.
| 1 | Simurq | 9 | 5 | 3 | 1 | 11 | 3 | +8 | 18 |
| 2 | İnter | 8 | 4 | 3 | 1 | 8 | 4 | +4 | 15 |
| 3 | Qarabağ | 9 | 3 | 5 | 1 | 12 | 9 | +3 | 14 |
| 4 | AZAL | 8 | 3 | 3 | 2 | 13 | 8 | +5 | 12 |
| 4 | Neftçi | 6 | 4 | 0 | 2 | 13 | 7 | +6 | 12 |
| 6 | Qəbələ | 9 | 2 | 4 | 3 | 9 | 11 | –2 | 10 |
| 6 | Sumqayıt | 9 | 3 | 1 | 5 | 9 | 17 | –8 | 10 |
| 6 | Turan | 9 | 3 | 1 | 5 | 9 | 13 | –4 | 10 |
| 9 | XL | 8 | 2 | 3 | 3 | 10 | 8 | +2 | 9 |
| 9 | Rəvan | 9 | 2 | 3 | 4 | 8 | 12 | –4 | 9 |
| 11 | Bakı | 7 | 1 | 5 | 1 | 7 | 6 | +1 | 8 |
| 12 | Kəpəz | 9 | 2 | 1 | 6 | 7 | 18 | –11 | 7 |
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Riçard Almeyda (Qarabağ), Zohair Benuahi (AZAL), Xuan Manuel Varea (Rəvan), Nikolas Kanales (Neftçi).
3 - Manuel Skarlatake (Xəzər Lənkəran), Marçin Burhard (Simurq), Mario Bojiç (Simurq), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt).
