21 oktyabr 2012 22:49
Cavidsiz Adana Demirspordan qələbə (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu bu gün Türkiyə PTT birinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 8-ci turu çərçivəsində “Manisaspor” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də Adana təmsilçisi mütləq 3 xal qazanmağı hədəfləmişdi. Adanalılar 2 cavabsız qolla qalib gəliblər.
Əvvəlki oyunlarda start heyətdə meydana çıxsa da, son matçlarda ehtiyatda qalan Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, yeni baş məşqçi Mustafa Uğur onu bu matçın ilk "18-liy"inə də daxil etməyib.
“Adana Demirspor” hazırda 11 xalla 18 komanda arasında 8-ci yerdədi.
Türkiyə PTT birinci liqası
8-ci tur
21 oktyabr
Adana Demirspor – Manisaspor - 2:0
