21 oktyabr 2012 22:55
Rail fərqləndi, komandası 1 xal qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 8-ci turu çərçivəsində “Çaykur Rizespor” klubu ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Dənizlilər sonda qolsuz heç-heçə sayəsində 1 xal qazanıblar.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Engin İpekoğlu ötən turlarda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Məlikov sona qədər meydanda olub. 9-cu dəqiqədə isə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Railin komandası yeddi oyuna 10 xalla doqquzuncu yerdə gedir və ehtiyatda bir oyunu var.
PTT Türkiyə Birinci Liqası
8-ci tur
21 oktyabr
Çaykur Rizespor – Denizlispor - 0:0
