21 oktyabr 2012 23:00
Cihan Özkarasız Erciyesspor səfərdən 1 xalla döndü (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 8-ci turu çərçivəsində “Samsunspor” klubu ilə qarşılaşıb.
Oyun səfərdə keçirilirdi. Ona görə də Kayseri klubu bu görüşdə ən azı 1 xal qazanmağı hədəfləmişdi. Sonda kayserililər 1:1 hesablı heç-heçəyə nail olublar.
Bu görüşdə Cihanın da forma geyməsi istisna deyildi. Lakin baş məşqçi Osman Özköylü onun adını heç ilk "18-liy"ə də daxil etməyib.
Qeyd edək ki, Özkaranın komandası səkkiz oyuna 17 xalla birinci yerdə gedir.
PTT birinci liqası
8-ci tur
21 oktyabr
Samsunspor - Erciyesspor - 1:1
