20 oktyabr 2012 18:51
Yığmamız Rusiyada beş cavabsız qola üzüldü (YENİLƏNİB)
Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün ilk matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız startda Rusiya millisi ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, bu qrupun oyunlarına məhz Rusiya ev sahibliyi edir. Ona görə də meydan sahibləri ilə qarşılaşmanın komandamız üçün ikiqat ağır keçəcəyi öncədən də bəlliydi. Görüş meydan sahiblərinin 5 qolluq qələbəsi ilə başa çatıb.
Yığmamızın yer aldığı 9-cu qrupda bu gün daha bir görüş baş tutub. Millimizin digər rəqibləri – İsveç və Sloveniya üz-üzə gəliblər və isveçlilər 6 cavabsız qolla qalib gəliblər.
AÇ-nin ilkin seçmə mərhələsi
9-cu qrup
20 oktyabr
RUSİYA – AZƏRBAYCAN - 5:0 (2:0)
Qollar: K.Kovalenko, 19 (1:0), N.Karpova, 39 (2:0), N.Karpova, 54 (3:0), E.Piskunova, 57 (4:0), A.Konyuxova, 73 (5:0)
Hakim: Olqa Tanski (Moldova).
Oyun başladı
2. Kiskonenin vuruşunda top qapıçımızda qalır
7. Şevçenkonun zərbəsi qapıdan yan keçir
10. Kiskonen də qeyri-dəqiq zərbə ilə yadda qalır
12. Ruslar oyunda ilk korner zərbəsini vursalar da, hər şey komandamız üçün yaxşı bitir
19. Kovalenko cərimə zərbəsini dəqiq yerinə yetirərək, hesabı açır - 1:0
21. Karpovanın zərbəsini qapıçımız tutur
23. Piskunovanın zərbəsi qapıdan aralı keçir
26. Rusların korner vuruşu zamanı hər şey komandamız üçün yaxşı başa çatır
28. Cəfərzadənin cərimə zərbəsi qapıdan aralı keçir
33. Cəfərzadənin növbəti cərimə zərbəsini rəqib qapıçı tutur
34. Rusların növbəti korner vuruşu zamanı Kiça qapıya yol tapa bilmir
36. Şevçenki yüz faizli qol epizodundan yararlana bilmir
39. Rusların növbəti korner vuruşu zamanı Karpova ikinci qolu komandamızın qapısından keçirir - 2:0
42. L.Solmazın zərbəsində top müdafiəçilərdən dönür
44. Cəfərzadənin cərimə zərbəsi canlı səddən qayıdır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Kiskonenin zərbəsi qapıdan aralı keçir
49. Yefimovanın zərbəsini qapıçımız dəf edir
54. Karpova özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:0
56. Kovalenkonun zərbəsi qapıdan yan keçir
57. Piskunova hesabı biabırçı həddə çatdırır - 4:0
61. Piskunovanı Lıçkovskaya əvəzləyir
63. Şevçenko yerini Jijovaya verir
64. Millimizdə Qurbanovanı Vəliyeva əvəzləyir
65. Ruslar daha bir korner vururlar: Yefimovanın zərbəsi müdafiəçilərdən dönür, Konyuxovanın təkrar vuruşunda isə qapıçımız topu dəf edir
66. Növbəti korner zamanı Yefimovanın zərbəsi qapıdan yan keçir
73. Konyuxova millimizi növbəti dəfə meydanın mərkəzinə dəvət edir - 5:0
76. Cəfərzadəni Rzayeva əvəzləyir
77. Ruslarda isə Kiskoneni Lisina əvəzləyir
81. L.Solmaz yerini Kərimovaya verir
89. Lisinanın zərbəsi zamanı qapıçımız yığmamızı real qoldan xilas edir
90+4. Karpovanın zərbəsini yenə qapıçımız kornerə çıxarır
Matç başa çatdı
RUSİYA: 12. Viktoriya Nosenko, 3. Nadejda Karpova, 5. Elina Samoylova, 7. Anastasiya Konyuxova, 8. Anastasiya Yefimova (k), 9. Elmira Piskunova, 11. Marina Kiskonen, 13. Anastasiya Şevçenko, 14. Nəsibə Həsənova, 17. Kseniya Kovalenko, 18. Dərya Kiça.
Ehtiyat oyunçular: 1. Yuliya Seraya, 2. Viktoriya Stukalova, 6. Olqa Lisina, 10. Yekaterina Bryuxanova, 15. Marina Lıçkovskaya, 16. Alena Jijova, 19. Anastasiya Sokolova.
AZƏRBAYCAN: 1. Hülya Cin, 4. Ləman Bağırova, 6. Nərmin İsmayılova, 7. Əminə Heydərova, 8. Aliyə Vəliyeva, 9. Nərgiz Qurbanova, 10. Sevinc Cəfərzadə (k), 11. Gülsüm Cəfərova, 15. Aynur Abuşova, 17. Olya Şioşvili, 18. Leyla Solmaz.
Ehtiyat oyunçular: 12. Leyla Qondolova, 5. Türkanə Kərimova, 13. Sevinc Babayeva, 14. Çinarə Rzayeva, 16. Samirə Məmmədzadə.
