20 oktyabr 2012 12:27
Alispahiç: Rəvan autsayder deyil və biz bunu isbatlayacağıq
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 9-cu turunun “Sumqayıt”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Dünya çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə bizim xeyrimizə işlədi. Yaxşı hazırlıq mərhələsi keçirdik. Hər şeydən razı qaldım. Komandamızda itki yoxdu. Düzdü, “Rəvan” mövsümə çox pis başlayıb. Amma bu komandanın üstündən xətt çəkmək tezdi. Komandam autsayder deyil və biz bunu sübut edəcəyik. Turnir cədvəlindəki vəziyyət də elədi ki, bir qələbə bizi bir neçə pillə irəli ata bilər”.