23 oktyabr 2012 00:39
Türkiyə çempionatı: Fener və Galatasarayın aqibətini Beşiktaş da yaşadı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Genclerbirligi” evdə “Galatasaray”la üz-üzə gəlib. Kifayət qədər maraqlı və qollu keçən görüşdə tərəflər hərəyə 3 dəfə fərqlənsə də, sonda 1 xalla kifayətləniblər.
İkinci oyun günündə “Orduspor” “Elazığspor”la, “Bursaspor” isə “Fenerbahçe” ilə xalları yarı bölüb. “Antalyaspor” da “Sivasspor” ilə oyunda çətin qələbəyə sevinib.
Bazar günü “Eskişehirspor” “Karabükspor”u darmadağınla yola salıb. “Kasımpaşa” “Mersin İdmanyurdu” ilə xalları yarı bölüb. “Akhisar BS” isə “Gaziantepspor"la sülh bağlayıb. “Beşiktaş” da “Trabzonspor”la prinsipial görüşdən 1 xalla ayrılıb.
Nəhayət, turun qapanış matçında “Kayserispor” “İstanbul BB” ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar minimal hesablı qələbəyə seviniblər.
Türkiyə Super Liqası
8-ci tur
19 oktyabr
Genclerbirligi – Galatasaray – 3:3
Qollar: Azofeyfa, 26, A.Demir, 66, J.Durmaz, 67 – U.Bulut, 54, Elmander, 58, H.Balta, 86.
20 oktyabr
Orduspor - Elazığspor - 2:2
Qollar: N.Çalışkan, 71, Stanku, 74-pen - Faubert, 2=38, K.Yedek, 59.
Bursaspor - Fenerbahçe - 1:1
Qollar: S.Kesimal, 11-öz qapısına - Sou, 23.
Antalyaspor - Sivasspor - 4:2
Qollar: Aissati, 9, Promise, 41; 86, Diarra, 57 - Qrosiçki, 38, Eneramo, 48.
21 oktyabr
Eskişehirspor - Karabükspor - 5:2
Qollar: N.Ateş, 16, Kamara, 39; 70, A.Potuk, 50, Maleçki, 78 - İ.Parlak, 7, A.Özek, 88.
Kasımpaşa – Mersin İdmanyurdu - 2:2
Qollar: Viudez, 90, A.Buyuk, 90 - Nobre, 27, M.Keçeli, 51.
Akhisar BS - Gaziantepspor - 0:0
Beşiktaş - Trabzonspor - 1:1
Qollar: Fernandes, 55 - M.Sapara, 45.
22 oktyabr
Kayserispor - İstanbul BB - 0:1
Qol: Holmen, 62.
| 1 | Galatasaray | 8 | 4 | 3 | 1 | 19 | 12 | +7 | 15 |
| 2 | Antalyaspor | 8 | 5 | 0 | 3 | 14 | 10 | +4 | 15 |
| 3 | Orduspor | 8 | 3 | 5 | 0 | 12 | 7 | +5 | 14 |
| 4 | Genclerbirligi | 8 | 3 | 4 | 1 | 16 | 10 | +6 | 13 |
| 5 | Kasımpaşa | 8 | 4 | 1 | 3 | 13 | 7 | +6 | 13 |
| 6 | Fenerbahçe | 8 | 3 | 4 | 1 | 10 | 5 | +5 | 13 |
| 7 | Eskişehirspor | 8 | 4 | 1 | 3 | 16 | 12 | +4 | 13 |
| 8 | Trabzonspor | 8 | 3 | 4 | 1 | 7 | 4 | +3 | 13 |
| 9 | Sivasspor | 8 | 3 | 3 | 2 | 10 | 10 | 0 | 12 |
| 10 | İstanbul BB | 8 | 3 | 2 | 3 | 8 | 6 | +2 | 11 |
| 11 | Bursaspor | 8 | 2 | 4 | 2 | 12 | 10 | +2 | 10 |
| 12 | Beşiktaş | 8 | 2 | 3 | 3 | 13 | 12 | +1 | 9 |
| 13 | Gaziantepspor | 8 | 2 | 2 | 4 | 5 | 11 | –6 | 8 |
| 14 | Karabükspor | 8 | 2 | 2 | 4 | 10 | 17 | –7 | 8 |
| 15 | Kayserispor | 8 | 2 | 1 | 5 | 8 | 16 | –8 | 7 |
| 16 | Akhisar BS | 8 | 1 | 4 | 3 | 3 | 11 | –8 | 7 |
| 17 | Mersin İdmanyurdu | 8 | 0 | 5 | 3 | 10 | 14 | –4 | 5 |
| 18 | Elazığspor | 8 | 0 | 4 | 4 | 4 | 16 | –12 | 4 |
