21 oktyabr 2012 13:16
Millimizin futbolçusu həkim nəzarətində məşq edir (FOTO)
Türkiyənin “Erciyesspor” klubu Super Liqanın növbəti turunun “Karabükspor”la oyununun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, məşqlərdə futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq da iştirak edir.
Lakin o, hələ də komanda ilə birgə yox, özü kimi zədəli olan futbolçularla məşq edir. Daha doğrusu onlar həkimlərin nəzarəti altında yüngül qaçışlarla kifayətlənirlər. Millimizin üzvünün bərpa prosesini nə vaxt başa vuracağı və komanda ilə çalışmalara başlayacağı hələlik dəqiq bilinmir.
Qeyd edək ki, Ufuk DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail (1:1) və Portuqaliya (0:3) ilə oyunlar zamanı millimizin düşərgəsində olarkən zədələnmişdi. Zədəsi çox ciddi olduğu üçün o, hətta Almaniyada əməliyyat da olundu.
