21 oktyabr 2012 02:21
Sumqayıtdan Rəvanla oyun öncəsi orijinal addım (FOTOLAR)
“Sumqayıt” Futbol Klubunun rəsmi fanklubu “Rəvan”la baş tutacaq oyunla əlaqədar Sumqayıtda avtoyürüş keçirib. Azerisport.az xəbər verir ki, xüsusi hazırlanmış avtobusla şəhəri gəzən fanklub üzvləri yerli əhalini “Sumqayıt”ı dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, “Sumqayıt” – “Rəvan” oyunu bu gün saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
