21 oktyabr 2012 14:58
Azərbaycan kuboku, 1/16 final oyunları rəqəmlərin gözü ilə
Sabah Azərbaycan kubokunun XXI mövsümü start götürəcək. Azerisport.az xəbər verir ki, 2012/13 mövsümünün ilk mərhələsində - 1/16 finalda 5 cüt üz-üzə gələcək.
Peşəkar Futbol Liqası bu cütlərin əvvəlki 20 kubok turnirindəki qarşılaşmalarının balansını təqdim edir. Üz-üzə gələn 5 cütdən yalnız ikisi əvvəlki yarışlarda qarşılaşıb.
Azərbaycan Kuboku
1/16 final
22 oktyabr (bazar ertəsi)
“Qala” – “Kəpəz” – indiyədək qarşılaşmayıblar
24 oktyabr (çərşənbə)
“Tərəqqi” – “Ağsu” – indiyədək qarşılaşmayıblar
“Qaradağ Lökbatan” – “Lokomotiv” – indiyədək qarşılaşmayıblar
MOİK - “Bakılı”
+0=1-1, top fərqi – 0:2
+0=1-1, top fərqi – 0:2
|
2003/04
|
1/4 final
|
MOİK (Bakı) - Bakılı
|
0:0, 0:2
|
“Şuşa” – “Neftçala”
+1=0-0, top fərqi – 2:0
+1=0-0, top fərqi – 2:0
|
2010/11
|
1/16 final
|
ANŞAD-Petrol (Neftçala) - Şuşa
|
0:2
|
