21 oktyabr 2012 15:27

Neftçi, Qarabağ və AZAL: seriyalara davam!

Topaz Premyer Liqasının IX turu “Neftçi”, “Qarabağ” və AZAL-ın fərqli seriyalarının davamı ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, onlar ötən turlardakı seriyalarına davam etsə də, rekorddan hələ çox-çox uzaqdır.
 
“Neftçi” hara, heç-heçə hara
 
Son 2 ilin çempionu “Neftçi” çempionatında startında 6-cı qarşılaşmasında da heç-heçə etmədi. Bununla da bakılılar 8-ci dəfə çempionata belə başladı. Ötən mövsüm olduğu kimi Böyükağa Hacıyevin yetirmələri yenə ilk 6 qarşılaşmada 4 qələbə və 2 məğlubiyyətlə başlayıb. 1998/99 və 2009/10 mövsümlərində isə ilk 6 matçda 3 qələbə və 3 məğlubiyyət qeydə alınıb. Digər 4 heç-heçəsiz  start – 1992, 1994/95, 1996/97,  2000/01-də ilk 6 matçda 6 qələbə ilə yadda qalıb.
 
“Neftçi” ötən mövsümü də 6 heç-heçəsiz qarşılaşma ilə bitirmişdi. Bu isə o deməkdir ki, “ağ-qaralar” 12 oyundur “sülh”lə barışmır. Lakin bu heç də rekord deyil. Paytaxt təmsilçisi 1992-ci ildə startdakı 28 matçla bərabərlikdən qaçmış və yalnız 29-cu oyununda heç-heçə etmişdi.
 
“Qarabağ” heç-heçələri sıralayır
 
“Qarabağ” isə əksinə 3 oyundur ki, ardıcıl heç-heçələri sıralayır. Ağdamlılar bununla da 1998/99 mövsümünün rekordunun 2 addımlığındadır. Həmin vaxt “Qarabağ” 16-20-ci turlar aralığında 5 heç-heçə etmişdi.
 
AZAL qol həsrətində
 
Son 4 oyunda qol həsrəti yaşayan AZAL “Qarabağ”ı 6:2 hesabı ilə udandan sonra rəqib qapılarına yol tapa bilmir. Sentyabrın 16-dakı matçın 77-ci dəqiqəsində Junior Nildonun vurduğu qoldan sonra 373 dəqiqədir ki, “təyyarəçilər” qol həsrəti yaşayır. Bakılıların antirekordu isə 2005/06 mövsümündə qeydə alınıb. Həmin vaxt 9-15-ci turlarda qol vurmayan o vaxtki “Olimpik” 7 qarşılaşmada rəqiblərini məyus edə bilməmişdi.
 
Qırılan rekord seriyaları
 
Zaqatalanın “Simurq” klubunun rekord seriyası qırılıb. Sonuncu dəfə ötən mövsümün aprelin 1-də keçirilən oyununda məğlub olan əyalət təmsilçisi öz meydanında AZAL-a 1:2 hesabı ilə uduzduqdan 202 gün sonra xalsız qaldı. Topaz Premyer Liqasının IX turunda “İnter”lə səfər matçında 0:1 hesabı ilə məğlub olan Georgi Çixradzenin yetirmələr 14 məğlubiyyətsiz qarşılaşmadan sonra belə üzüntü yaşadı. Zaqatala təmsilçisi ötən mövsümün son 6 və cari çempionatın ilk 8 oyununda heç kimə 3 xal verməmişdi. “Simurq” 2008/09 mövsümündəki 11 oyunluq məğlubiyyətsizlik seriyasını 3 matç, 2007/08 mövsümündəki startda 7 yenilgisiz qarşılaşma seriyasını 1 görüş artırmaqla hər 2 rekordu yenilədi.
 
386 gündən sonra 13-cü stadion
 
Topaz Premyer Liqasının IX turunda baş tutan “Qarabağ” – “Bakı” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. Mövsümdə ilk dəfə çempionat oyununa ev sahibliyi edən arena 386 gündən sonra Premyer Liqa görüşündə azarkeşləri topladı. Belə ki, ölkənin baş arenasında son görüş ötən il sentyabrın 30-da baş tutmuşdu. Həmin vaxt “Bakı” ilə AZAL qolsuz heç-heçə etmişdi. Yenə “Bakı”nın iştirakı ilə keçirilən qarşılaşma bu dəfə də heç-heçə başa çatdı.
 
Cari mövsümdə çempionat oyunlarını qəbul edən stadionların sayı bununla da 13-ə çatdı. Bunadək Premyer Liqa klubları Bakıda 6 - "Bakı"nın bazası, AZAL Arena, Bakıxanov qəsəbə stadionu, Dalğa Arena, “Şəfa” və Bayıl Arena, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatala şəhər stadionlarında meydana çıxmışdılar.
 
Münasib rəqiblər
 
Topaz Premyer Liqasının IX turu “İnter”in növbəti dəfə “Simurq”a uduzmaması ilə əlamətdar oldu. Bakılılar ölkə çempionatlarındakı 13-cü dueldə də rəqibinə məğlub olmadı. Bu, çempionatlar tarixində 5-ci belə nəticədir.
 
İndiyədək ən çox oyunda rəqibinə uduzmayan isə “Kəpəz”dir. Gəncəlilər MOİK-lə 22 matçın hamısında xal qazanıb. “Neftçi” isə “Şəfa”dan 17 dəfə xal alıb. “Turan” üçün isə “Kür” münasib rəqibdir. Ümumilikdə isə 6 cütdə 1 komanda 10 dəfədən çox, ən azı 11 dəfə qarşılaşdığı rəqibinə heç vaxt uduzmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.