21 oktyabr 2012 19:18
Alispahiç: Hesab arasındakı fərq daha böyük ola bilərdi
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 9-cu turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin bosniyalı çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Sərt əsən külək və stadionun ot örtüyünün vəziyyətinin pis olmasına baxmayaraq, komandam qalib gəlmək üçün əlindən gələni etdi. Bəzilərinə oyunumuz maraqsız görsənsə də, bizim üçün əsas olan nəticə idi. Hesab arasındakı fərq daha böyük ola bilərdi".
