21 oktyabr 2012 19:26
“Çox pis oyun nümayiş etdirdik”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 9-cu turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Komandamın oyunundan razı qalmadım. Çox pis oyun nümayiş etdirdik. Məğlub olmalı deyildik. Mərkəz xəttdə problemimizin olduğu açıq-aşkar görünürdü. Təəssüf ki, məğlub olduq".
