21 oktyabr 2012 19:32
Ramiz Məmmədov: Qəbələ iki xal itirdi
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 9-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Ağır oyun oldu. Lənkərana üç xal qazanmaq üçün gəlmişdik. Ancaq bərabərlik qeydə alındı. Biz iki xal itirdik. 77 dəqiqə öndə olduq. "Xəzər Lənkəran" kimi komanda ilə bu qədər uzun vaxt öndə olmaq da uğur hesab oluna bilər. Penaltidən qol buraxdıq. Gələcək oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".
