21 oktyabr 2012 19:36
Yunis Hüseynov: Öz səhvimiz ucbatından qapımızda qol gördük
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 9-cu turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Lənkərandakı ikinci oyunumuz idi. Gərgin oyun oldu. Öz səhvimiz ucbatından qapımızda qol gördük. Qarşıdakı oyunlara hazırlaşacağıq".
