22 oktyabr 2012 00:06

Premyer Liqamız sonuncu məğlubedilməzini də itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tur arxada qaldı. Topaz Premyer Liqasının 9-cu turunun görüşləri 3 oyun günündə keçirildi.
 
Açılış matçında son çempion “Neftçi” “Kəpəz”lə üz-üzə gəldi. Bu görüşdə Böyükağa Hacıyevin komandası haqlı olaraq aşkar favorit hesab olunurdu. Amma qarşılaşma bir qədər gözlənilməz startla yadda qaldı. Artıq 5-ci dəqiqədə qonaqların gənc futbolçusu Emin Əliyev hesabı açdı. Amma “ağ-qaralar” bu qoldan sonra ruhdan düşmədilər. Əksinə paytaxt klubu qoldan sonra toparlandı və ilk yarının ortalarında vurdulan iki qolla oyunda dönüş yaratdı. Fasilədən sonrakı qollar isə sadəcə bu qələbəyə əlavə rəng qatmaq xarakteri daşıyırdı. Beləcə, son ölkə çempionu turnir cədvəlində bir qədər də irəlilədi. Ehtiyatda 3 oyunu da qalan “Neftçi” bu baxımdan potensial lider də hesab oluna bilər. Bu qələbə həm də Böyükağa Hacıyevin yetirmələri üçün Avropa Liqasının Rusiya “Rubin”i ilə çətin səfər matçı öncəsi əlavə stimul oldu. Mahmud Qurbanovun gənclərdən ibarət komandası isə yenidən turnir cədvəlinin alt pillələrinə yuvarlandı.
 
İkinci oyun gününün ən maraqlı görüşlərindən biri “Qarabağ”la “Bakı” arasında baş tutdu. Bu oyunu əlamətdar edən əsas məqamlardan biri yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi idi. Beləcə, uzun ayrılıqdan sonra mərkəzi arenada yenidən Premyer Liqa oyunu baş tutdu. Görüşə gəlincə, hər iki tərəf üçün qələbə vacib idi. “Qarabağ” yuxarı pillələrdəki mövqeyini qorumağı hədəfləmişdi. Mövsümə çox pis başlayan və turnir cədvəlinin zirzəmisindən aralanmağa çalışan “Bakı” da çətin rəqiblə görüşə 3 xal üçün çıxmışdı. Elə hesabı da məhz Bojidar Bandoviçin komandası açdı. Amma “zolaqlılar” bu üstünlüyü sona kimi qoruya bilmədilər. Matçın sonlarında baş hakim Əliyar Ağayevin təyin etdiyi və bir qədər mübahisələrə də yol açan penalti sayəsində Qurban Qurbanovun komandası məğlubiyyətdən xilas oldu. Beləcə, tərəflər xalları yarı böldülər. Maraq üçün xatırladaq ki, bu, hər iki komandanın cari mövsümdəki 5-ci heç-heçəsi oldu. Hansı ki, bu göstəriciyə görə, paytaxt və Ağdam klubları digər elita təmsilçilərini qabaqlayırlar.
 
Lider “Simurq” bu tur “İnter”in qonağı oldu. Zaqatala klubu çətin səfər matçında ən azı bir xal qazanmağı hədəfləmişdi. “Bankirlər” isə zirvəyə daha da yaxınlaşmaq üçün mütləq qalib gəlməli idi. Georgi Çixradzenin bu tura qədər məğlubiyyət tanımaması meydan sahiblərini qələbəyə daha da şirnikləşdirən amillərdən sayıla bilərdi. Belə də oldu. Paytaxt təmsilçisi bu prinsipial görüşdə minimal hesablı qələbəyə sevindi. Düzdü, vaxtilə “İnter”in “farm-klubu”, “peyki” adlandırılan bölgə təmsilçisinin bu dəfəki məğlubiyyəti də az söz-söhbətə yol açmadı. Hətta Zaqatala klubunun azarkeşləri də doğma komandalarının “bankirlər”ə qəsdən uduzduğunu iddia etməkdən çəkinmirlər. Nə qədər qəribə olsa da, “Simurq” hələ tarixi ərzində “İnter”ə qalib gələ bilməyib. Zaqatala təmsilçisi tarixi ərzində yalnız bir dəfə meydandan heç-heçə ilə ayrılıb. Bu üzdən də zaman-zaman bu komandalar arasındakı oyunlar ənənəvi şübhələri oyadır. Xüsusilə də “Simurq”un belə güclü təsir bağışladığı dövrlərdə. Beləcə, bu mövsüm bir sıra iddialılarla görüşlərdə məğlub olmayan “Simurq” ilk yenilgisini məhz “İnter”dən aldı. Nəticədə, cari mövsümdə məğlub olmayan komanda qalmadı. Amma Zaqatala klubu hələ də zirvədədi. “İnter” isə bu qələbə sayəsində “Simurq”un əsas izləyicisinə çevrildi.
 
Turun daha bir maraqlı görüşü Tovuzda “Turan”la AZAL arasında keçirildi. Tovuz təmsilçisi bu oyuna Əsgər Abdullayevin boşaltdığı posta gətirilən Əfqan Talıbovla çıxmışdı. Bu üzdən də meydan sahibləri yeni baş məşqçinin debüt matçında müsbət nəticə qazanmağı hədəfləmişdilər. AZAL isə “Xəzər Lənkəran” məğlubiyyətini unutdurmaq istəyirdi. Amma tovuzluların vurduğu erkən qol “təyyarəçilər”in planlarını korladı. Sona qədər minimal hesablı üstünlüyünü qoruyan meydan sahibləri növbəti sensasiyanı rəsmiləşdirdilər. Beləcə, mövsümə fırtına kimi başlayan AZAL ikinci məğlubiyyətinə üzüldü. “Turan” isə xallarının sayını 10-a çatdıraraq, turnir cədvəlində xeyli irəliləyişə nail oldu.
 
Son oyun günündə turnir cədvəlinin zirzəmisində qərarlaşan “Rəvan” səfərdə “Sumqayıt”la qarşılaşdı. Bu mövsüm bir neçə sürprizə imza atan Bernard Raabın komandası görüşün favoriti göstərilirdi. Amma paytaxt təmsilçisi səfər matçında vurduğu erkən qol sayəsində vacib qələbəyə sevindi. Bu qələbə Kemal Alispahiçin “Rəvan”a qazandırdığı ilk 3 xal kimi yadda qaldı. Nəticədə, “aslanlar” turnir cədvəlində bir neçə pillə irəliləməyə nail oldular.
 
Turun qapanış matçında isə o qədər də sabit oyun sərgiləməyən iki komanda - “Xəzər Lənkəran”la “Qəbələ” üz-üzə gəldi. Qarşılaşmada hesabı qonaqlar açdılar. Bundan sonra böyük qüvvə ilə irəli atılan lənkəranlılar uzun müddət istəklərinə çata bilmədilər. Lakin “ağ-yaşıllar” da “Qarabağ”ın “Bakı” ilə oyununda olduğu kimi, görüşün sonlarında təyin olunan penalti ilə məğlubiyyətdən yaxa qurtarmağı bacardılar. Beləcə, tərəflər meydandan sülhlə ayrıldılar.
 
Premyer Liqa
9-cu tur
 
NEFTÇİ – KƏPƏZ - 4:1 (2:1)
Qollar: E.Əliyev, 5 (0:1), J.Vobay, 23 (1:1), N.Kanales, 26 (2:1), N.Kanales, 64 (3:1), A.Abdullayev, 75 (4:1)
Sarı vərəqələr:  Bruno Bertuççi, 27 (qeyri-idman hərəkəti), Flavinyo, 68 (qeyri-idman hərəkəti) - Nicat Məmmədov, 38 (qeyri-idman hərəkəti), Azər Məmmədov, 56 (hakimin qərarına etiraz), Nikolay Svejentsev, 56 (qeyri-idman hərəkəti), Armand Feutçin, 66 (qeyri-idman hərəkəti), Bəxtiyar Soltanov, 68 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Ramiz Əsədov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
19 oktyabr 2012. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k) (17. Araz Abdullayev, 73), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 69), 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 18. Elgiz Kərəmli, 21. Kamil Nurəhmədov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Kəpəz: 16. Xəyal Zeynalov, 2. Nicat Məmmədov (7. Pərvin Paşayev, 42), 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov (14. Elxan Əzizov, 74), 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev (11. Ziyabil Məmmədov, 70), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 8. Elvin Həsənəliyev, 7. Ceyhun Əhmədov, 19. Atin Abdullayev.
Baş məşqçi: Mahmud Qurbanov.
 
İNTER – SİMURQ - 1:0 (0:0)
Qol: B.Tsxadadze, 52 (1:0).
Sarı vərəqələr: Brüs Abdulaye, 39 (hakimə etiraz) - Asif Mirili, 87 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə).
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
20 oktyabr 2012. Bakı. “Şəfa” stadionu. 200 tamaşaçı.
İnter: 74. Revaz Tevdoradze, 5. Slavço Georgiyevski, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 46), 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulay (4. Valeri Abramidze, 67), 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (23. Tales Şütz, 62).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Ruslan Əmircanov, 29. Ruslan Cəfərov, 30. Djako Arafat.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Simurq: 22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 6. Anderson Olivyera, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 8. Qərib İbrahimov, 9. Marçin Burhard, 15. Stepan Polyak (7. Ruslan Poladov, 66), 19. Nicat Qurbanov (21. Murad Səttarlı, 78), 79. Nenad Stoyanoviç (10. Zdravko Popoviç, 66).
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 27. Mehman Məmmədov, 20. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
 
TURAN – AZAL - 1:0 (1:0)
Qol: Ender Günlü, 13 (1:0).
Sarı vərəqələr: Mikayıl Rəhimov, 18 (qeyri-idman hərəkəti), Fərid Quliyev, 28 (qeyri-idman hərəkəti), Antonio Rukavina, 35 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Marius Kazlauskas, 64 (hakimin qərarına etiraz), Salif Ballo, 65 (qeyri-idman hərəkəti), Murad Ağakişiyev, 70 (qeyri-idman hərəkəti) - Ruslan Tağızadə, 67 (qeyri-idman hərəkəti), Zohair Benuahi, 73 (simulyasiya).
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Elşən Acalov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
20 oktyabr 2012. Tovuz. Şəhər stadionu. 3000 tamaşaçı.
Turan: 28. Andrey Popoviç, 5. Fərid Quliyev (19. Asəf Qədiri, 88), 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k) (23. İrakli Beraya, 76), 13. Marius Kazlauskas, 14. Ender Günlü, 21. Antonio Rukavina, 22. Salif Ballo, 25. Nuqzar Kvirtiya (7. Azər Məmmədov, 66), 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 1. İvan Qrabovaç, 15. Rəşad Piriyev, 16. Elmixan Məmmədov, 18. Seymur Tağıyev.
Baş məşqçi: Əfqan Talıbov.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Xuan Fransisko, 4. Xose Junior Aylton, 5. Aqil Nəbiyev (k), 20. Branislav Arseniyeviç, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev (22. Ruslan Tağızadə, 60), 11. Zohair Benuahi, 99. Orxan Həsənov (28. Artur Patraş, 71), 16. Junior Nildo, 37. Andrius Veliçka.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 15. Oskar Klyava, 3. Usim Nduka, 17. Viktor İbekoyi, 8. Elman Taqayev.
Baş məşqçi: Vaqif Sadıqov.
 
QARABAĞ – BAKI - 1:1 (0:1)
Qollar: E.Rodriqes, 24 (0:1), R.Almeyda, 78-pen (1:1)
Sarı vərəqələr: İlqar Qurbanov, 6 (qeyri-idman hərəkəti), Rauf Əliyev, 53 (qeyri-idman hərəkəti), Vüqar Nadirov, 55 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
20 oktyabr 2012. Bakı. T.Bəhramov adına Respublika stadionu. 150 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 6. Hacı Əhmədov (2. Qara Qarayev, 74), 7. Namiq Yusifov (88. Emin Mustafayev, 16), 10. Muarem Muarem, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov (70. Vaqif Cavadov, 68), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 16. Elnur Abdulov.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 6. İbrahim Karqbo, 8. Junior Vilson (3. Denis İvanov, 85), 11. Elvin Məmmədov, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev, 36. Uinston Parks, 77. Aleksandar Soliç (k) (10. Lukas Mario Horvat, 72), 99. Rəhman Hacıyev (19. Nurlan Novruzov, 62).
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 15. Cəmşid Məhərrəmov, 23. Maris Verpakovski, 26. Leandro Beçerra.
Baş məşqçi: Bojidar Bandoviç.
 
SUMQAYIT – RƏVAN - 0:1 (0:1)
Qol: X.M.Varela, 4 (0:1).
Sarı vərəqələr:  Pərdis Fərcad Azad, 77 (qeyri-idman hərəkəti) - Kristian Torres, 45 (qeyri-idman hərəkəti), Fransis Bosman, 80 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Namiq Hüseynov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
21 oktyabr 2012-ci il. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 8000 tamaşaçı.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 5. Murad Doymuş, 6. Taner Taktak, 7. Pərdis Fərcad Azad, 10. Ceyhun Sultanov (50. Murad Hüseynov, 60), 13. Murad Ağayev, 25. Aydın Qasımov, 27. Ramil Həşimzadə (21. Məhəmməd Mirzəliyev, 78), 76. Uğur Pamuk.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernard Raab.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela (7. Elvin Musazadə, 90), 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres  (10. Nemanya Vidakoviç, 73), 22. Tofiq Mikayılov (11. Şeriff Suma, 67), 26. Fransis Bosman, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 15. Tural Cəlilov, 17. Emin İbrahimov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Kemal Alispahiç.
 
XƏZƏR LƏNKƏRAN – QƏBƏLƏ - 1:1 (0:1)
Qollar: Y.Kamanan, 22 (0:1), R.Alviz, 76-pen (1:1).
Sarı vərəqələr: Daniel Lopes Kruz, 41 (qeyri-idman hərəkəti), Anar Nəzirov, 60 (qeyri-idman hərəkəti), Ürfan Abbasov, 76 (əl ilə oyun).
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Azər Əsgərov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
21 oktyabr 2012. Lənkəran şəhər mərkəzi stadionu. 6000 tamaşaçı.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 8. Eder Bonfim (99. Beto, 70), 3. Vanderson Skarduelli, 6. Robert Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 15. Ruslan Abışov (55. Ağabala Ramazanov, 61), 16. Adrian Pit, 14. Rahid Əmirquliyev (k).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Dimitrios Sialmas, 17. Kazım Kazımlı, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev.
Baş məşqçi: Yunis Hüseynov.
Qəbələ: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan (22. Lourival Rodriqes, 85), 15. Umar Kalabane, 18.Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k) (88. Nodar Məmmədov, 75), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Muammer Erdoğdu, 7. Yaşar Abuzərov, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov.
Baş məşqçi: Ramiz Məmmədov.
 
1 Simurq 9 5 3 1 11 3 +8 18
2 İnter 8 4 3 1 8 4 +4 15
3 Qarabağ 9 3 5 1 12 9 +3 14
4 AZAL 8 3 3 2 13 8 +5 12
4 Neftçi 6 4 0 2 13 7 +6 12
6 Qəbələ 9 2 4 3 9 11 –2 10
6 Sumqayıt 9 3 1 5 9 17 –8 10
6 Turan 9 3 1 5 9 13 –4 10
9 XL 8 2 3 3 10 8 +2 9
9 Rəvan 9 2 3 4 8 12 –4 9
11 Bakı 7 1 5 1 7 6 +1 8
12 Kəpəz 9 2 1 6 7 18 –11 7
 

Bombardirlər:
7
- Junior Nildo (AZAL)
4 - Riçard Almeyda (Qarabağ), Zohair Benuahi (AZAL), Xuan Manuel Varea (Rəvan), Nikolas Kanales (Neftçi).
3 - Manuel Skarlatake (Xəzər Lənkəran), Marçin Burhard (Simurq), Mario Bojiç (Simurq), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.