21 oktyabr 2012 11:38
“Neftçi Azərbaycan millisi kimi oynaya bilməz”
“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasında “Kəpəz” üzərində qazandıqları qələbədən, eləcə də Avropa Liqası çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyundan danışıb.
- “Kəpəz”lə oyunda ilk qolu sizin buraxacağınızı çox az adam gözlərdi...
- “Kəpəz” yaxşı komandadı. Onların bizə erkən qol vurmasında da ciddi heç nə yox idi. Onlarda baş məşqçi dəyişikliyi olandan bəri hücum futboluna üstünlük verilməkdədi. Ciddi dəyişikliklər getdiyi üçün gəncəlilərə vaxt lazım olduğunu düşünürəm. Əminəm ki, Mahmud Qurbanov “Kəpəz”i gələcəkdə daha da güclü komanda edəcək.
- Fasilədə Böyükağa Hacıyevin sözləri sizə təsir etdi?
- Biz elə ilk qoldan sonra ayıldıq. Başa düşürdük ki, mütləq qələbə qazanmalıyıq. Kanaleslə Vobay yaxşı oyun sərgilədi. Düzdü, bəzi futbolçular artıq “Rubin”lə oyunu düşünürdülər. Amma fasilədə baş məşqçi bəzi tapşırıqlar verdi. Məncə, biz oyunumuzla göstərdik ki, “Neftçi” üçün çempionat da vacibdi. Bəziləri elə hesab edir ki, iki cəbhədə mübarizə aparmağa gücümüz çatmayacaq. Amma bu, belə deyil.

- Artıq “Rubin”lə oyunu düşünməyə başlamısız?
- Əlbəttə. Kazanda məğlub olmağı düşünmürük. “Neftçi” bu oyunda qələbə qazanmaq istəyir. Heç-heçə də bizim üçün pis nəticə sayılmayacaq. “Rubin” avrokuboklarda özünü isbatlayan komandadı. Heyətində kifayət qədər təcrübəli yerli və legioner futbolçular çıxış edir. Kazandakı oyunlarda komanda daha çox hücum edir.

- Rusiya klubu “Partizan” və “İnter”dən nə ilə fərqlənir?
- “Rubin” bizim üçün o qədər də yad komanda deyil. Rusiyanın avrokuboklardakı təmsilçisidi. Tatarstan klubuna Azərbaycanda da azarkeşlik edənlər vardı, yəqin ki, indi də elələri var. Məsələn, mən həmişə onların Çempionlar Liqasındakı oyunlarında qalib gəlməsini istəyirdim. Amma indi biz rəqib olacağıq. Rəqibi diqqətlə analiz etməliyik.

- “Rubin” də “Neftçi” kimi açıq futbola üstünlük verir...
- Bizə bu oyunda risk etmək olmaz. “Rubin”in çox yaxşı orta xətti var. Bizim üçün qol buraxmamaq çox yaxşı olardı. Amma əsas rəqib qapısına yol tapmaqdı. Biz də hücum edəcəyik. Təbii ki, müdafiədə diqqətli olmaq şərtilə.
- Mümkündü ki, “Neftçi” bu oyunda Azərbaycan yığmasının Rusiyaya qarşı sərgilədiyi futbolu nümayiş etdirsin?
- “Neftçi” yığma komanda kimi oynaya bilməz. Mən Rusiyaya qarşı oyuna baxmışam. Millinin oyunu bizimkindən fərqlənir. Siz özünüz də görmüsüz ki, biz avrokuboklardakı bütün oyunlarımızda hücum etmişik. Turnir cədvəlindəki vəziyyət bizi Kazanda qələbə qazanmağa məcbur edir. Lakin orda Belqraddakından da çətin olacaq.