22 oktyabr 2012 23:45
Azərbaycan İsveçə də böyük hesabla məğlub oldu (YENİLƏNİB)
Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün ikinci matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə İsveç millisi ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, yığmamız seçmə mərhələdəki ilk matçını qrupun oyunlarına ev sahibliyi edən Rusiyaya qarşı keçirmişdi və 0:5 hesabıyla məğlub olmuşdu. İsveç isə startda Sloveniya üzərində darmadağına sevinmişdi – 6:0. Təəssüf ki, millimiz bu görüşdə də darmadağına üzülüb. Özü də daha faciəvi hesabla - 0:10.
Yığmamızın yer aldığı 9-cu qrupda bu gün daha bir görüş baş tutub. Rusiya Sloveniya ilə üz-üzə gəlib və 1:1 hesablı heç-heçəyə razılaşıb.
AÇ-nin ilkin seçmə mərhələsi
9-cu qrup
22 oktyabr
AZƏRBAYCAN – İSVEÇ - 0:10
