21 oktyabr 2012 19:41
Millimiz Polşaya da məğlub oldu (YENİLƏNİB)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün ikinci matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə Polşa millisi ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, Təbriz Həsənovun yetirmələri seçmə mərhələdəki ilk matçını İspaniyaya qarşı keçirmişdi və 0:2 hesabıyla məğlub olmuşdu. Polşa isə startda Bolqarıstan üzərində qələbəyə sevinmişdi – 2:1. Təəssüf ki, yığmamızla görüşdə də qələbə qazanan tərəf məhz polşalılar olublar.
Bu gün yığmamızın yer aldığı 4-cü qrupda daha bir görüş baş tutacaq. Qrupun favoriti İspaniya Bolqarıstanla üz-üzə gələcək.
AÇ-nin ilkin seçmə mərhələsi
4-cü qrup
21 oktyabr
POLŞA – AZƏRBAYCAN - 1:0 (1:0)
Qol: Stolyarski, 41 (1:0)
Stara Zaqora (Bolqarıstan). “Haci Dimitar” stadionu.
Hakim: Eytan Şemuleviç (İsrail).
Oyun başladı
6. Cem Felek rəqib qapıçının sayıqlığını yoxlamaq istəsə də, zərbəsi dəqiq olmur
11. Oyunda ilk korneri Polşa yerinə yetirir: hər şey yığmamız üçün yaxşı bitir
14. Polşa daha bir korneri uğursuz yerinə yetirir
16. Yenə polşalılar, yenə uğursuz korner
20. Yığmamız hələ ki, istənilən oyunu sərgiləyə bilmir
26. Xauverin zərbəsi qapıdan aralı keçir
32. Komandamızın heyətində Zarasız sarı vərəqə ilə cəzalanır
39. Millimiz ilk korner zərbəsini yerinə yetirir: Gürsoyun ötürməsini C.Felek əla zərbə ilə çərçivəyə ünvanlasa da, rəqib qapıçı polşalıları real qoldan xilas edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
41. Polşalıların heyətində Xauveri Qjıbek əvəzləyir
41. Polşalılar ikinci hissə başlayan kimi qol vururlar: Qaleçkinin ötürməsini Stolyarski Qasımovun qoruduğu qapıdan keçirir - 1:0
45. Polşa daha bir korner qazanır. Komandamız müdafiədə diqqətli oynayır
55. F.Muradbəylini R.Sadıqov əvəzləyir
60. Polşalıların korner vuruşu zamanı Qaleçkinin zərbəsi dəqiq olmur
61. Millimizdə A.Qurbanlı yerini Q.Qurbanova verir
65. Polşanın heyətində isə Ançevskini Parol əvəzləyir
66. Yığmamızın heyətində son dəyişiklik: Ə.Gürsoyu E.Cəfərov əvəzləyir
68. Nəhavəndinin zərbəsi qapıdan aralı keçir
69. Polşalılarda Bartçakı Veteska əvəzləyir
70. Stolyarskinin zərbəsi hədəfdən yan keçir
73. Parolun təhlükəli zərbəsi zamanı Qasımov komandamızı real qoldan xilas edir
74. Stolyarski sarı vərəqə ilə cəzalanır
76. Tomaşeviçin zərbəsi qapıdan aralı keçir
80+1. Qurbanov sarı vərəqə alır
80+2. Parol da xəbərdarlıq alır
Matç başa çatdı
POLŞA: 1. Maksimilian Stryek, 2. Adrian Belyavski, 5. Pavel Poxneviç, 6. Pavel Stolyarski, 7. Robert Bartçak, 9. Kamil Ançevski, 10. Qjqoj Tomaseviç (k), 14. Mixal Qaleçki, 16. Blajey Xauver, 17. Arkadiuş Naemski, 18. Karol Halmann.
Ehtiyat oyunçular: 12. Mihal Levandovski, 3. Yan Bednarek, 4. Mateuş Qjıbek, 8. Mateuş Veteska, 11. David Kovnaçki, 13. Patrik Parol, 15. Kşiştof Şevçik.
AZƏRBAYCAN: 1. Ağaseyid Qasımov, 2. Aqşin Qurbanlı, 3. Yusub Hakimov, 5. Müslüm Zarasız, 8. Mirkamil Həşimli, 9. Fəhmin Muradbəyli, 10. Cem Felek, 11. Ülvi İbazadə, 14. Əbdüssəməd Gürsoy, 16. Mahir Mədətov, 19. Mənsur Nəhavəndi (k).
Ehtiyat oyunçular: 12. Mertcan Akar, 4. Qazıməhəmməd Qurbanov, 6. Budaq Nəsirov, 7. Təyyar Məmmədov, 17. Elnur Cəfərov, 18. Rəhim Sadıqov, 23. Sercan Demir.
