22 oktyabr 2012 23:50
Azərbaycan kuboku start götürdü, Kəpəz Qarabağa rəqib oldu
Bu gün futbol üzrə XXI Azərbaycan kubokuna start verilib. Azerisport.az xəbər verir ki, yeni mövsümün açılış matçında “Qala” “Kəpəz”lə qarşılaşıb.
1/16 final mərhələsinin ilk oyununda birinci divizionda çıxış edən debütant “Qala” kubokun ən təcrübəlilərindən olan “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Kifayət qədər maraqlı və qollu alınan görüşdə qələbə gəncəlilərə qismət olub.
“Kəpəz” növbəti mərhələdə doğma meydanda “Qarabağ”ı qəbul edəcək.
Qeyd edək ki, bu mərhələnin digər oyunları oktyabrın 24-də keçiriləcək.
Azərbaycan kuboku
1/16 final
22 oktyabr (bazar ertəsi)
QALA – KƏPƏZ – 2:4
Qollar: Bəxtiyar Fəzai, 81; 85 - Yuri Fomenko, 2; 13; 59; Bəxtiyar Soltanov, 45.
