22 oktyabr 2012 23:54
“Müdafiəçilərin səhvləri çox oldu”
Azərbaycan kubokunun 1/16 final mərhələsinin açılış oyununda “Kəpəz” birinci divizion təmsilçisi “Qala”nı 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. Azerisport.az xəbər verir ki, oyundan sonra “Qala”nın baş məşqçisi Fəxrəddin Qayibov bunları dilə gətirib:
“Kəpəz” kimi komanda ilə qarşılaşmaq bizim üçün ciddi sınaqdı. Maraqlı oyun alındı, azarkeşlərin darıxmadığını düşünürəm. Ümumilikdə oyundan razı qalsam da, müdafiəçilərin səhvləri çox oldu. Əvəzində qapıçımız bizə çox kömək etdi. Yüksək liqanın komandası səviyyəcə yüksəkliyini bildirdi”.
