23 oktyabr 2012 12:57
AFFA Qəbələnin futbolçusuna 4 oyunluq cəza kəsdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin, eləcə də birinci divizionun son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 9-cu turunun “Sumqayıt” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 9-cu turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçının 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Əziz Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
Azərbaycan I Divizionunun 6-cı turunun “Qala” – “Şuşa” matçında “Qala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Azərbaycan I Divizionunun 6-cı turunun “Tərəqqi” – “Şahdağ” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
