23 oktyabr 2012 01:03
Xəzər Lənkəranın 72 günlük həsrətinə son
Topaz Premyer Liqasının 9-cu turu “Xəzər Lənkəran”ın doğma arenaya qayıdışı ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” cari çempionatda 2-ci dəfə Lənkəran şəhər stadionuna çıxdılar.
“Qəbələ” ilə 1:1 hesablı heç-heçə edən futbolçular sonuncu dəfə 72 gün əvvəl bu arenaya qədəm basmışdılar. Bu, avqustun 10-da “Kəpəz”lə matçda olmuşdu – 4:0.
Ümumilikdə isə bu qarşılaşma Lənkəranın əsas arenasındakı 106-cı görüş oldu. Burada 64 qələbəsi və 33 heç-heçəsi olan komanda cəmi 9 dəfə məğlub olub. 186-cı dəfə şəhər stadionunda azarkeşləri sevindirən “Xəzər Lənkəran” burada 59-cu qolunu buraxıb.
