23 oktyabr 2012 13:28

Anar Bəkirov: Simurqun ilk məğlubiyyətində təəccüblü heç nə yoxdu

“Simurq”un prezidenti Anar Bəkirov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 9-cu turunda “İnter”ə məğlubiyyətdən, eləcə də komandasının çıxışından danışıb. O, öncə bunları dilə gətirib:

“Mən “Simurq”un “İnter”ə qəsdən uduzduğunu iddia edənləri başa düşə bilmirəm. Yəni hamı elə düşünür ki, biz çempionatı məğlubiyyətsiz başa vuracağıq? İlk 8 tur ərzində məğlub olmamışdıq. Amma bu dəfə alınmadı. Komandaya bəraət qazandırmaq istəmirəm. Amma “İnter”lə görüşə birdən-birə iki əsas heyət oyunçusu – Dilaver Zrnanoviçlə Mario Bojiç oynaya bilmirdi. Qapıçı David Petrkeviç də özünü çox pis hiss edirdi. Məğlub olmaq çox üzücüdü. Amma inanıram ki, qarşıdakı turlarda komanda bu yenilginin əvəzini çıxacaq”.
 
Zaqatala klubu “İnter”lə ötən mövsüm baş tutan qalmaqallı oyundan da danışıb: “Zaqatalada hakim öz qərarları ilə sabiq baş məşqçimiz Sergey Yuranı komandasını meydandan çıxarmağa məcbur etdi. Onları geri qaytarmağa çətinliklə nail oldum. Həmin vaxt biz klub tarixi ərzində ən böyük cəriməni ödədik – 15 min manat. İndi ötən mövsümün bürünc mükafatçısı, avrokuboklarda təmsilçimiz olmuş komandanın bizi minimal hesabla məğlub etməsində nə var ki? “Simurq”un cari mövsümdəki ilk məğlubiyyətində təəccüblü heç nə yoxdu. Bəs niyə heç kim ötən mövsümün sonunda “Simurq”a qarşı ikiqat güclə döyüşən klubların bir-birinə qarşı oynаmaq istəməməsindən danışmır”?

Bəkirov həmçinin “Qarabağ” – “Bakı” matçından sonra baş hakim Əliyar Ağayevin vurulmasına da münasibət bildirib: “Etiraf edim ki, azərbaycanlı hakimlər fərqlidilər. Bəzi hakimlər var ki, komandamız da onların əlindən az çəkməyib. Amma Ağayevi ölkənin ən yaxşı gənc hakimi hesab edirəm. Məncə, klublarımız da Azərbaycanda hakimliyin inkişafında maraqlı olmalıdılar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.