23 oktyabr 2012 15:17
Saşa Stamenkoviç: Rubinlə oyunda qapımın toxunulmazlığı mənim üçün önəmlidi
Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Kazanda qapımı qolsuz saxlamaq istəyirəm. Bu, mənim üçün çox prinsipial oyundu. İlk oyunda da qapımdan qol buraxmamışdım. İndi də bunu təkrarlamaq istəyirəm. Amma qol buraxıb, qələbə qazanacağımız halda da sevinərəm. Axı hər şeydən önəmlisi komandanın uğurudu”.

Qeyd edək ki, “Rubin” – “Neftçi” matçın oktyabrın 25-də keçiriləcək.