23 oktyabr 2012 15:38

Julius Vobay: Neftçinin Kazanda mümkün qələbəsi sensasiya olmayacaq

Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
- Kazana qələbə üçün gedirik. Mən komandamızın gücünə əminəm. Əgər öz oyunumuzu göstərə bilsək, qələbə qazana biləcəyik.
 
- Sizcə, “Rubin” kimi komandanı nəyin sayəsində məğlub etmək olar?
- Bu, futboldu. Elə ola bilər ki, oyunun favoriti göstərilən komanda da məğlub ola bilər. Özü də mən “Neftçi”nin Kazandakı mümkün qələbəsinə sensasiya kimi baxmıram. Məncə, onlar da, biz də bərabər gücdəyik.
 
- Yəni heç-heçə komandamızı qane etməyəcək?
- Baxır necə heç-heçə. Əgər biz bütün oyunu hücum edib, qol vura bilməsək, belə bir heç-heçə üzücü olacaq. Amma “Neftçi” zəif oynayıb, qol epizodu yaratmadan heç-heçəyə nail olsa, buna sevinmək lazım gələcək.
 
- “İnter” və “Rubin”lə oyunlara həm də Avropanın daha güclü klublarına keçmək üçün “tramplin” gözü ilə baxmaq olar?
- Bu barədə təkcə mən yox, bütün futbolçular düşünürlər. Avroliqa oyunları bizim özümü qitə arenasında sübut etməyimiz üçün bir şansdı. Fikrimcə, bunu gizlətmək axmaqlıq olardı. Amma hazırda bizi yalnız “Neftçi”nin uğurları düşündürür.
 
- “Rubin”i nə dərəcədə öyrənə bilmisiz?
- Bu, həm məşqçilər, həm də oyunçular üçün çox vacibdi. Biz onların son oyununa baxmışıq. Amma görüş öncəsi bəzi məqamları daha yaxından öyrənməyə çalışacağıq.

- Bu oyunla qrup mərhələsinin ilk dövrəsi başa çatacaq. Demək olar ki, ikinci dövrə “Neftçi” üçün daha asan olacaq?
- Qarşıda nələr olacağını proqnozlaşdırmaq çətindi. Amma bizim üçün hər oyunda xal toplamaq daha vacibdi. Evdə və ya səfərdə oynamağımızın fərqi yoxdu. Belqradda komandamız xal qazanmağı bacardı. İkinci dövrədə bizi daha iki ev oyunu gözləyir. Çalışacağıq ki, həmin görüşlərdə daha uğurlu çıxış edək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.