23 oktyabr 2012 16:25
Mahir Şükürov: İndiki Rubin daha güclüdü
Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Mahir Şükürov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Anji”də çıxış etdiyim dövrdə “Rubin”lə oyunlarımız yadımdadı. Fikrimcə, indiki “Rubin” daha güclüdü. İndi komandada xeyli yaxşı legionerlər toplaşıb. Oyun keyfiyyəti baxımından da kazanlılar irəliyə doğru addım atıblar”.
