23 oktyabr 2012 17:08
Neftçi Kazana yola düşdü
Azərbaycan çempionu “Neftçi” futbol üzrə Avropa Liqasında növbəti oyununu keçirmək üçün Rusiyanın Kazan şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, jurnalistlərin də yer aldığı komanda 16:00-da çarter reysi ilə səfərə çıxıb.
“Rubin”lə görüşə gedənlər arasında futbolçulardan zədədən sonra bərpa prosesini keçən Bahodir Nasimov da yer alıb. Lakin o, zədəsi tam sağalmadığı üçün meydana çıxmayacaq. Cavid İmamverdiyev isə Kazana yollanmayıb. O, bu gün əməliyyat olunub.
