23 oktyabr 2012 17:56

“Azərbaycanda əvvəllər də hakimləri döyürdülər, təəssüf ki, indi də vururlar”

Azərbaycanın keçmiş hakimlərindən olan Rüstəm Rəhimov Topaz Premyer Liqasının 9-cu turunun “Qarabağ” – “Bakı” matçından sonra baş hakim Əliyar Ağayevin vurulması ilə əlaqədar olaraq azerisport.az saytına müsahibə verib. O, belə halların futbolumuzda əvvəllər də oluğunu xatırlayıb:

“Mən özüm də hakim olmuşam və ədalət təmsilçilərinin vurulduğunu xatırlayıram. Hər yerdə olduğu kimi, futbolda da özünü apara bilməyən insanlar var. Hakimi vurmaq olmaz. Hətta səhv qərarlar qəbul etsə, düzgün olmadan penalti təyin etsə də. Qoy onun cəzası varsa, bunu müvafiq orqanlar versinlər”.
 
Rəhimovun sözlərinə görə, belə səs-küylü qalmaqallardan biri 1971-ci ildə Rostovda olub: “Yerli komanda “Neftçi”ni qəbul edirdi. Onlar 2:1 hesabıyla qələbə qazandılar. Qollardan birini isə ofsayddan vurmuşdular. Lakin Dnepropetrovskdan olan Miroslav Balıkin qolu qeydə aldı. Onun bu qərarı “Neftçi”nin futbolçularına çox pis təsir etmişdi. Oyundan sonra meydanda nə baş verdiyini bir Allah bilirdi. “Neftçi”nin futbolçuları emosiyalarını saxlaya bilmədiyindən hakimi döyməyə başladılar. Bu işdə Sergey Kramarenko, Rafiq Quliyev, Anatoli Banişevski və digərləri daha fəal iştirak edirdilər. Nəticədə çox böyük qalmaqal yarandı. O vaxt bütün günahkarları sərt şəkildə cəzalandırdılar. Banişevski bir illik diskvalifikasiya olundu, Quliyevlə Kramarenko üç il futbolsuz qaldı. Hətta “Neftçi”ni çempionatdan uzaqlaşdırmaq istəyirdilər. Amma məsələyə Heydər Əliyev qarışdı. O, büro ilə şəxsən görüşdü və başa saldı ki, “Neftçi” neftçilərin komandasıdı. Xalq komandasının çempionatda iştirakı olmadan işləyə bilməz. Ona görə də komandanı cəzalandırmadılar”.
 
Rəhimov 1966-cı ildə baş vermiş qalmaqalı da xatırlayıb: “O vaxt “Neftçi” “Tuluza”nı (Fransa) qəbul edirdi. Yoldaşlıq oyununda komandamız 2:1 hesabıyla qalib gəldi. Amma son dəqiqələrdə fransızlar “Neftçi”nin futbolçularına qarşı çoxlu kobudluqlar etməyə başladılar. Onlardan biri Mübariz Zeynalovu kobudluqla dayandırdı. Oyundan sonra futbolçular arasında dava düşdü. Fəallar arasında yenə Kramarenko, Zeynalov, Eduard Markarov var idi. Hətta azarkeşlər də futbolçulara qoşuldular. Fransızları güclə avtobusa mindirib aradan çıxardılar. Həmin davanın günahkarlarını da sərt şəkildə cəzalandırdılar”.
 
Veteran referi klublarımızı belə məqamlarda daha sivil yollara əl atmağa çağırıb: “Azərbaycanda əvvəllər də hakimləri döyürdülər, təəssüf ki, indi də vururlar. İndi hakimlər üçün daha yaxşı şərait yaradılıb. Hətta onlar üçün xüsusi qoruma dəstələri də ayrılır. Lakin hətta buna rəğmən yenə klublar intizamsızlıq edirlər. Onlar unutmamalıdılar ki, hakim səhvlərini araşdıran komitə var. Əgər hakim doğrudan da səhvə yol veribsə, onu onsuz da cəzalandıracaqlar. Daha belə xaos yaratmaq lazım deyil”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.