23 oktyabr 2012 19:10
Neftçi artıq Kazandadı
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi” futbol üzrə Avropa Liqasında növbəti oyununu keçirmək üçün bu gün Rusiyanın Kazan şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, 16:00-da çarter reysi ilə səfərə çıxan təmsilçimiz artıq mənzil başına çatıb.
Komandamız bir neçə dəqiqə öncə Tatarıstan paytaxtına yetişib. “Rubin”lə görüşə gedənlər arasında futbolçulardan zədədən sonra bərpa prosesini keçən Bahodir Nasimov da yer alıb. Lakin o, zədəsi tam sağalmadığı üçün meydana çıxmayacaq. Cavid İmamverdiyev isə Kazana yollanmayıb.
“Rubin” – “Neftçi” oyunu oktyabrın 25-də keçiriləcək.
