23 oktyabr 2012 20:40
Rəşad Sadıqov əməliyyat olunacaq
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Türkiyəyə getdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, hazırda zədədən əziyyət çəkən millimizin müdafiəçisi bu gün qardaş ölkədə ətraflı müayinədən keçib.
Təəssüf ki, təcrübəli futbolçunun zədəsi gözləniləndən də ciddidi. Belə ki, Sadıqov ağrılar hiss etdiyi ayağından əməliyyat olunacaq:
“Həkimlər əməliyyatsız mümkün olmadığını dedilər. Əgər sabah əməliyyat uğurlu alınsa, üç həftə sonra məşqlərə başlaya biləcəyəm. Şübhəsiz ki, “Qarabağ”a gec kömək edə biləcəm. Çünki məşqlərə başlayandan sonra əvvəlki formamı bərpa etməyim lazım gələcək. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya ilə səfər matçını isə dəqiq buraxmalı olacağam”.

Qeyd edək ki, təcrübəli futbolçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Rusiya ilə oyun öncəsi təşkil olunan toplanış zamanı zədələnmişdi.