23 oktyabr 2012 11:15
“Mümkündü ki, oyunumuz kimlərinsə xoşuna gəlmir”
“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski Topaz Premyer Liqasının son turunun “Simurq”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Simurq” üzərində qələbə klassik üsulda alındı...
- Biz çempionatın liderinə qarşı oynayırdıq. Səliqəli oynamağa borcluyduq. “Simurq”un hazırkı baş məşqçisi vaxtilə “İnter”də işlədiyindən bizim oyunumuzu yaxşı tanıyırdı. Şübhəsiz ki, bu, Zaqatala klubu üçün müsbət məqam idi. Şadam ki, qələbə qazandıq.
- Amma oyununuz heç də qələbəyə layiq deyildi...
- Xal ehtiyatımızı artırmaq vacib idi. Əgər qələbə qazansaydıq, daha yaxşı olacaqdı. Biz avantürist futbol oynamırıq. Taktiki cəhətdən düzgün oynamağa çalışırıq. Ola bilər ki, bu, kimlərinsə xoşuna gəlməsin. Amma bizim sistemimiz belədi.
- Komandanızın turnir cədvəlindəki durumu nə dərəcədə ürəyinizcədi?
- Biz hazırda ikinci pillədəyik və bu, qətiyyən pis deyil. Amma lider olmaq üçün qələbələrin davamını gətirmək lazımdı.
- Biz hazırda ikinci pillədəyik və bu, qətiyyən pis deyil. Amma lider olmaq üçün qələbələrin davamını gətirmək lazımdı.
- Yəqin ki, özünüzdən qabaqda digər iddialıları yox, “Simurq”u görməyiniz də sizin üçün o dərəcədə pis təsir bağışlamır...
- Demək olar. Amma bu komandanı qabaqlamağın 100 faiz asan olduğunu demək mümkün deyil. Axı onlar bu pilləyə təsadüfən çıxmayıblar. Rəqibin xidmətlərinə hörmət etmək lazımdı.
- “İnter” yenə hamıdan az qol vurur...
- Nə olsun? Bizim öz oyunumuz var, nəticələr qazanırıq. Bildiyim qədərilə “İnter” artıq üçüncü mövsümdü bü cur futbol sərgiləyir.
- Bunda problem görmürsüz?
- Bunu problem saymaq olar. Amma mən yarımmüdafiəçiləri və hücumçuları günahlandırmaq istəmirəm. Əsas qələbə qazanmaqdı.
- Bunu problem saymaq olar. Amma mən yarımmüdafiəçiləri və hücumçuları günahlandırmaq istəmirəm. Əsas qələbə qazanmaqdı.
- Növbəti turda sizi “Bakı” ilə derbi gözləyir...
- “Bakı” keyfiyyətli komandadı, iddialıdı. Düzdü, hazırda 11-ci yerdədilər. Amma bu, bizi yanıltmamalıdı. Bizə asan olmayacaq. Bu komandaya qarşı 200-300 faiz güc qoymalıyıq.
