22 oktyabr 2012 23:57
Mahmud Qurbanov: Onlar hansı komandada olduqlarını hələ tam dərk etmirlər
Azərbaycan kubokunun 1/16 final mərhələsinin açılış oyununda “Kəpəz” birinci divizion təmsilçisi “Qala”nı 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. Azerisport.az xəbər verir ki, oyundan sonra “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov bunları dilə gətirib:
“4:2 hesablı qələbə qazandıq, komandamızın çoxlu qol imkanları oldu. Lakin hamısından istifadə edə bilmədik. Bunun üzərində çalışmalıyıq. Bəzi futbolçular hansı komandada olduqlarını hələ tam dərk etmirlər. “Qala” komandasının qapıçısının oyunu tərifə layiqdi. Artıq növbəti mərhələdə “Qarabağ”la qarşılacağıq, öz oyunumuz üzərində işləməliyik”.
