23 oktyabr 2012 11:54

Alviz 15-ci oldu

Topaz Premyer Liqasının 9-cu turunda “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edən “Xəzər Lənkəran” mövsümdə ilk dəfə penalti vurdu. Azerisport.az xəbər verir ki, rəqib qapısına təyin olunan zərbəni dəqiq yerinə yetirən Roberto Alviz nəinki 2012/13 mövsümündə, ümumiyyətlə 2012-ci ildə komandasına verilən ilk şansı dəyərləndirdi.
 
Belə ki, “Xəzər Lənkəran” sonuncu dəfə ötən il 11 metrlik zərbə vurmaq imkanı qazanmışdı. Bu, ötən il dekabrın 21-də baş vermişdi. Premyer Liqanın XVIII turunun “Bakı” ilə oyununda Branimir Subaşiç dəqiq olmaqla 3:0 hesablı qələbənin təməlini ilk qolla qoymuşdu. “Xəzər Lənkəran” bu dəfəki penaltini 305 gün gözləməli olmuşdu.
 
Ümumilikdə isə “Xəzər Lənkəran” yarandığı gündən müxtəlif turnirlərdə 32 penalti zərbəsi vurub. Oyunsonrası penaltilər seriyaları nəzərə alınmamaqla hesablanan bu 32 zərbədən yalnız 4-ü dəqiq olmayıb. “Qəbələ” ilə oyuna təsadüf edən 32-ci penalti 28-ci qolun vurulması ilə nəticələnib. İlk dəfə belə imkan qazanan Alviz “Xəzər lənkəran”da penalti vuran 15-ci oyunçu oldu.
 
  “Xəzər Lənkəran”ın penaltiləri
 
Futbolçu Penalti Qol
Zaur Ramazanov 8 7
İvan Tsvetkov 5 5
Oqtay Dərəlioğlu 4 4
Samir Əliyev 2 2
Mario Souza 2 1
Branimir Subaşiç 2 2
Mahmud Qurbanov 1 1
Bəxtiyar Musayev 1 1
Miroslav Saviç 1 0
Allan Lalin 1 0
Vyaçeslav Lıçkin 1 1
Roberto Alviz 1 1
Julius Vobay 1 1
Yakuba Bamba 1 1
Katalin Lita 1 1
15 futbolçu 32 28

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.