23 oktyabr 2012 00:01
AFFA yığmamızı Moldovaya göndərir
Noyabrın 9-dan 14-ə qədər Moldovada 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış çərçivəsində yığmamızın Moldovanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirməsi də nəzərdə tutulub.
