23 oktyabr 2012 00:07
Rubinlə oyun öncəsi Böyükağa Hacıyevə Tərlan Quliyevlə Nikolas Kanales yoldaşlıq edəcək
Futbol üzrə Azərbaycan çempionu "Neftçi" Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirmək məqsədi ilə 23 oktyabr 2012-ci il tarixində yerli vaxtla saat 16:00-da Rusiyaya yola düşəcək. Azerisport.az xəbər verir ki, 24 oktyabr tarixində komandamız Kazan şəhərinin mərkəzi stadionunda oyun öncəsi son məşqinə çıxacaq.
Saat 21:00-da başlayacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan əvvəl isə "Neftçi"nin mətbuat konfransı baş tutacaq. Konfransda baş məşqçi Böyükağa Hacıyevlə yanaşı, futbolçular Tərlan Quliyev və Nikolas Kanales media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Rubin” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
