23 oktyabr 2012 00:10
Rubin - Neftçi oyununun hakim təyinatları açıqlandı
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də, Bakı vaxtı ilə saat 21:00-da, Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək "Rubin" (Rusiya) - "Neftçi" oyununun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər idarə edəcəklər.
Baş hakim Kenn Hansen olacaq. Ona həmyerliləri Lars Rix və David Vang Andersen kömək edəcəklər. Dördüncü hakim: Henrik Kristensen olacaq. Baş hakimin əlavə köməkçiləri isə Jakob Kehlet və Mads-Kristoffer Kristoffersendi.
Oyunun hakim-inspektoru Vaclav Krondldu (Çexiya). UEFA nümayəndəsi isə Tervel Zlatev (Bolqarıstan) olacaq.
