23 oktyabr 2012 12:22
Rəşad Sadıqov Türkiyəyə getdi
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Türkiyəyə yola düşüb. Azerisport.az xəbər verir ki, hazırda zədədən əziyyət çəkən millimizin müdafiəçisi qardaş ölkədə müayinədən keçməlidi.
O, ayağındakı ağrıların səbəbini öyrənmək üçün tam müayinəyə ehtiyac duyub. Hələlik Sadıqovun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, təcrübəli futbolçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Rusiya ilə oyun öncəsi təşkil olunan toplanış zamanı zədələnmişdi.
